RU

Şadlıq saraylarının zirzəmisində saxta spirtli içkilər İSTEHSAL olunur – SENSASİON İDDİA

Son günlər Azərbaycanda da bir çox kafelərdə və spirtli içki satılan müəssisələrdə saxta içkilər aşkar edilib. Müxtəlif vaxtlarda spirtli içkidən zəhərlənən və hətta həyatını itirənlər olub.

Ən pisi isə odur ki, saxta içkini ayırd etmək çox çətindir. Ona görə də, restoranlar, şadlıq sarayları, marketlər rahatlıqla saxta içki satışı ilə məşğul ola bilirlər.

Spirtli içkinin orqanizm üçün zərərlərini bilirik. Ən dəhşətlisi odur ki, saxta spirtli içki görmə qabiliyyətinin itməsinə də səbəb olur.

Təsadüfi deyil ki, iki gün əvvəl də  İranda spirtli içkidən kütləvi zəhərlənmə halı baş vermişdi. Dünyasını dəyişən 48 nəfərin arasında görmə qabiliyyətini itirənlər də olub.

Saxta içkinin daha hansı zərərləri var?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya bu barədə danışıb. Onun sözlərinə görə, saxta içki orqanizmdə qalıcı təsirə malikdir:
 

MÖVZU İLƏ BAĞLI:

Bu restoranda saxta alkoqollu içkilər AŞKAR EDİLDİ - FOTO


“Texniki standartlara cavab verməyən içkilər həyat üçün təhlükəlidir. Saxta içkilərdə metil spirti qarışığı olması, spirtin tam rafinasiya olunmaması  kimi hallar müşahidə edilir. Bu cür texniki şərtlərin pozulması alkoqollu içkini orqanizm üçün çox təhlükəli vasitəyə çevirir. Ona görə də, bundan kütləvi zəhərlənmələr, ölüm halları qeydə alınır. Hətta zəhərlənmədən sonra belə orqanizmdə öz izini qoyur. Saxta içki görmə qabiliyyətini itirməyə də səbəb ola bilər. Çox təəssüflər olsun ki, hətta şadlıq saraylarının bir çoxunun podvalında saxta spirtli içkilər istehsal olunur”.

Saxta içkilərin vüsət almasının səbəbi

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov saxta içkilərin artmasının əsas səbəbini içkilərə tətbiq edilən lisenziyanın ləğv edilməsində görür.

“İçki bazarındakı anormal vəziyyət barədə mənzərəni bir neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi masanın üzərinə qoydu. Məlum oldu ki, ən bahalı və prestij restoranlarda çox bahalı içkilər əslində bulanıq mayelərdi. Burada hazırlanıb, doldurulur brend şüşələrə və əhaliyə satılır. Lakin bazarın bu seqmenti o qədər çirklənib ki, adını çəkdiyim dövlət qurumunun apardığı iş dəryada bir damladır. 2019-cu ildən spirtli içkilərin istehsalı və satışına dair lisenziyalar ləğv olundu. Bundan sonra çox saylı spirtli içki istehsalçıları meydana çıxdı və bazar tamamilə çirkaba batdı”.

Saxta içki içdiyinizi təsdiq edən hallar...

Eyyub Hüseynovun sözlərinə görə, saxta içkini ayırd etmək insanlar üçün çox çətindir. Ancaq içəndən sonra bəzi hallarda müəyyən etmək olur:

“Axşam içki içəndən sonra başın ağrıması o deməkdir ki, içkinin tərkibində zərərli maddələr çoxdur. Bəzən deyirlər ki, içki içəndə yuxumuz gəlir, yatırıq. Bu o deməkdir ki, sivuş yağlarının miqdarı çoxdur, təmizlənməyib. Bir sözlə, saxta içkini tanımaq o qədər də asan deyil. Ona görə də, insanlar diqqətli olmalıdırlar. Aksiz markası olmayan içkini almamalıdırlar. İçkinin mütləq üzərində son istifadə tarixi olmalıdır. Araqların satış müəssisəsində saxlanma müddəti 1 ildən, konyaklar 3 ildən, şərablar 6 aydan artıq deyil”.

Nuray, Bizim.Media  

Избранный
61
50
bizim.media

10Источники