RU

Dünya üçün "elektrik enerjisi dövrü" proqnozlaşdırılıb

Dünya yeni elektrik enerjisi dövrünün astanasındadır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən xəbər verib.

Agentlik hesab edir ki, fosil yanacağa olan tələbat onilliyin sonuna qədər pik həddə çatacaq. Bu isə öz növbəsində neft və qaz təchizatının artıqlığının yaşıl enerjiyə investisiyaların artmasına təkan verə biləcəyini göstərir. BEA-nın icraçı direktoru Fatih Birolun fikrincə, bu perspektiv bəşəriyyəti tamamilə fərqli bir enerji dünyasına aparacaq.

BEA-nın məlumatına görə, 2023-cü ildə dünya təmiz enerjinin rekord səviyyəsinə çatıb. 2024-cü ildə bu sektora təxminən iki trilyon dollar investisiya qoyulacaq. Bu, fosil yanacağa qoyulan investisiyalardan təxminən iki dəfə çoxdur. Bundan əlavə, agentliyin ssenarisinə görə, dünya neft tələbatı 2030-cu ilə qədər pik həddə çatacaq. Söhbət gündə təxminən 102 milyon barel göstəricisindən gedir. 2035-ci ilə qədər bu rəqəm 99 milyon barelə düşəcək. Bu, elektromobillərin istifadəsinin artması ilə nəqliyyat sektorundakı dəyişikliklər səbəbindən baş verəcək.

Ehtimal olunur ki, hazırda aparılan siyasətlə 2050-ci ilə qədər neftin qiyməti barel üçün 75 dollara qədər düşəcək. Bununla belə, əgər hökumətlərin fəaliyyəti enerji sektorunda emissiyaların azaldılması məqsədlərinə uyğun olarsa, bu karbohidrogenin dəyəri 25 dollara qədər düşə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
11
1
milli.az

2Источники