RU

İnfarktı öncədən müəyyən edən çip hazırlandı

Cons Hopkins Universitetinin amerikalı alimləri bir neçə dəqiqə ərzində infarktı müəyyən edə bilən çip hazırlayıblar.

Publika.az xəbər verir ki, tədqiqat "Advanced Science" elmi jurnalında dərc olunub.

Mikroçip infarkt biomarkerlərini saniyələr ərzində aşkarlayır.

Komandanın fikrincə, onların yaratdığı üsul beş-yeddi dəqiqə ərzində nəticələr verir və mövcud metodlardan daha dəqiqdir.

Mütəxəssislər qeyd ediblər ki, bu kəşf gələcəkdə xərçəng və yoluxucu xəstəliklərin aşkarlanması üçün də istifadə edilə bilər.

Избранный
92
20
publika.az

10Источники