RU

Rusiyaya məxsus döyüş təyyarələri İdlibə ağır zərbələr endirdi

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbindəki İdlib vilayətinə endirdiyi hava zərbələri nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Məlumata görə, dünən yerli vaxtla saat 17:00 radələrində Latakiyadakı Hmeymim Hava Bazasından havaya qalxan Rusiyaya aid 3 döyüş təyyarəsi İdlibə 4 hava zərbəsi endirib.

Ağ Dəbilqəlilər təşkilatının məlumatına görə, Aynşib kəndinə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə yüksəlib. 

Rusiya son 4 gündə İdlibdəki 27 bölgəyə hava zərbələri endirib.

 



Избранный
9
48
trt.net.tr

10Источники