RU

ABŞ Husilərin yeraltı silah anbarlarına hava zərbələri endirib

Amerika qüvvələri Yəməndə üsyançı “Ənsar Allah” hərəkatının husilərə məxsus beş yeraltı silah anbarına zərbələr endirib. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə həm ABŞ-ın müdafiə naziri Lloyd Ostin, həm də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanat yayıb.

“Bu gün (16 oktyabr) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançı təyyarələri də daxil olmaqla, ABŞ qüvvələri Husilərin nəzarətində olan Yəməndə beş möhkəmləndirilmiş yeraltı silah anbarına dəqiq zərbələr endiriblər”, – Pentaqon rəhbəri bildirib.

Ostinin sözlərinə görə, anbarlarda husilərin bölgədəki mülki gəmilərə və döyüş gəmilərinə hücum etmək üçün istifadə etdiyi müxtəlif silah komponentləri olub.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ-ın zərbələri “Husilərin sabitliyi pozan əməliyyatları davam etdirmək və dünyanın ən mühüm su yollarından birində Amerika qüvvələrini və şəxsi heyətini qorumaq qabiliyyətini daha da azaldacaq”.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı bəyanatda zərbələrdən də bəhs edilir. Departament əlavə edir ki, onların hesablamalarına görə, dinc sakinlər arasında itki və xəsarət alan olmayıb. 

2023-cü ildə Oktyabr ayında Qəzza zolağında qarşıdurma başlayandan husilər fələstinlilərə dəstək məqsədilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumlar təşkil edir. Bu hərəkətlərə cavab olaraq ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıb. Bu müddət ərzində Böyük Britaniya və ABŞ silahlı qüvvələri husilərin Yəməndəki hərbi obyektlərinə bir sıra hücumlar həyata keçirib.

Избранный
21
7
veteninfo.az

10Источники