RU

Gədəbəydə müəllimlə sektor müdiri arasında DAVA

Sosial şəbəkədə müəllimlə təhsil sektorunun müdiri arasında mübahisəni əks etdirən video yayımlanıb. 

Ucnoqta.az Unikal-a istinadla xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi sentyabrın 16-da baş verən hadisəyə aydınlıq gətirib.

İdarədən bildirilib ki, Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadənin xidməti otağına daxil olaraq onun icazəsi olmadan video çəkiliş aparılıb:

"Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Gədəbəy rayon İnəkboğan kənd tam orta məktəbinin tarix müəllimi Validə Cəfərovadır. Validə Cəfərova ona ayrılan dərs saatlarının az olduğunu iddia edərək artırılmasını tələb edib.

Validə Cəfərova diaqnostik qiymətləndirmədə ixtisası üzrə topladığı bala uyğun olaraq dərs saatı ilə təmin edilib. O, "Təhsilverənlərin etik davranış Qaydaları"nın prinsiplərini pozduğuna görə məktəb direktoru Cəfərova barəsində intizam tənbeh tədbiri görülüb.

Məsələ nəzarətə götürülüb, hazırda bu istiqamətdə araşdırma aparılır". 

Избранный
10
8
ucnoqta.az

8Источники