RU

Bələdiyyə sənədi ilə kupçalı ev kimi satılan mülklərin aqibəti necə olacaq? - Ev həsrətində olanların ŞOKU 


Qarşılaşdığımız problemlərdən biri torpaq alqı - satqısı ilə bağlı bələdiyyələrdən olan şikayətlərdir. Sözügedən qurumun bir torpaq sahəsini bir neçə adama satmaq kimi ənənəsi formalaşıb. Bütün deyilən hallara şahidlik edən, bezən və pulunu xərcləyən vətəndaşlar az deyil. Həmçinin, son illərdə bələdiyyələr qanunsuz tikililərlə bağlı sənədlər təqdim edirlər ki, hansı ki, həmin sənədlərin evin rəsmi sənədləşməsində heç bir hüquqi dəyəri yoxdur. 

Təsadüfi deyil ki, bələdiyyələrin səlahiyyəti və saylarının azaldılması məsələsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Say çoxluğu və iş azlığı bələdiyyə strukturu haqda ciddi düşünməyə vadar edir. 

Referans.az-a danışan əmlak məsələləri üzrə eskpert Ramil Osmanov qeyd edir ki, 2007 - ci ildən etibarən Azərbaycanda bələdiyyələrin öz qərarları ilə birbaşa torpaq satması dayandırılıb:

"Bələdiyyə torpaqları həmin tarixdən sonra dövlət hərracı yolu ilə satılır. Bələdiyyə əvvəlcədən hərraca çxıaracağı torpaq sahələri ilə bağlı məlumatları Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir, xidmət həmin torpaq sahələrinin elektron məlumat bazasına, planverici işlərinə baxır, yoxlayır, araşdırır, əgər həmin torpaq sahələri həqiqətən də bələdiyyəyə məxsusdursa və problem yoxdursa, bu halda torpağın hərraca çıxarılması ilə bağlı qərar qəbul edir. Yalnız bundan sonra həmin torpaq sahələrinin satışa çıxarılması mümkün olur. Satış KİV - də qabaqcadan elan edilir, hərracın tarixi, hərraca çıxarılacaq torpaq sahələrinin ilkin dəyəri, behin məbləği və digər müvafiq məlumatlar elanda yerləşdirilir. Qayda belədir".

Ekspert deyır ki, yalnız inzibati rayonlarda bələdiyyələrə birbaşa torpaq satışı səlahiyyəti verilir: "Həmin rayonun ərazisində ən azı 5 il müddətinə daimi qeydiyyatda olan və yaşayan vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyətinə malikdir. Həmin torpaq sahələri mövcud qanunvericiliyə görə 5 il müddətinə alqı - satqı predmeti ola bilməz, özgəninkiləşdirilə bilməz. 5 ildən sonra torpaq sahəsi ayrılan vətəndaş onu özününküləşdirmək hüququ əldə edir". 

Müsahib bələdiyyələrin satışa çıxarılan qanunsuz tikililərlə bağlı verdiyi sənədlərin heç bir hüquqi əsası olmadığını bildirir: "Bələdiyyələr vətəndaşlardan vergi toplamaq və həmin evlərin "uçotu"nu aparmaq məqsədilə bu cür addımlar atırlar. Bələdiyyələrə yaxın olan MMC - lər tərəfindən belə sənədlər hazırlanır. Bundan sonra vətəndaşa deyirlər ki, bu sənədə görə torpaq vergisi ödəyin. Bələdiyyələrin verdiyi sənədlər daşınmaz əmlakın qeydiyyatı üçün heç bir əsas yaratmır". 

Şəlalə Babayeva  

Избранный
69
20
referans.az

10Источники