RU

Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: "Məni girov saxlayırlar"

14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşıdələduzluq etməkdə ittiham olunan baş həkim işləmiş Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahir Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Aruz Əliyevin vəkili vısatətlə çıxış edib. Vəkil bildirib ki, müvəkkilin həbsdə saxlanılması üçün əsas yoxdur. O, Aruz Əliyevin barəsində seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilməsi və onun barəsində ev dustağı qətimkan tədbiri seçilmişdi istəyib.

Vəki daha sonra Babəli Babazadənin Fazil Naöıyevlə üzləşmə protokolunun, həmçinin Fazil Nağıyevin şahid qismində dindirilməsi prokurorluğun sübutlar siyahısına əlavə edilməsi, Fazil Nağıyevin adının şahidlər siyahısına əlavə edilməsi və şahid qismində ifadə verməsi üçün çağırılması barədə vəsatət verib.

Daha sonra Ehtiram Kərimovun vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, bu ittiham qurama əsassızdır. O, müvəkkilin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi istəyib.
Zərərçəkmiş Babəli Babazadənin vəkili vəsatətlərə etiraz edib. Vəkil bildirib ki, işdə faktlarla bağlı sübutlar var. Onun sözlərinə görə, həm Aruz Əliyevin, həm də Ehtiram Kərimovun səs yazıları var.
Ehtiram Kərimov vəkilin çıxışına etiraz edib. Bildirib ki, onun heç bir günahı yoxdur, bir ildir ki, girov da saxlanılıb.

Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, ittihamdan Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham verilib: "Amma biz deyə bilmərik ki, şəxslər bu cinayəti törədib. Amma deyə bilmərik ki, bunlar bu əməli törədib. Çünki araşdırma aparılır. Amma araşdırma zamanı məlum olur ki, Ehtiram Kərimov dəfələrlə məhkum olunub. İşdə 20 şahid var, onlar dindirilməlidir. Günah var, ya yoxdur. Bunlar araşdırma tələb edirş Buna görə də hazırkı mərhələdə həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur. Əlavə şahidlərin dindirilməsi üçün çağırılması ilə bağlı vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılılsın".

Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi üçün əsaslar var. Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini təklif edib.

İşin məhkəmə baxışına verilməsinə digər tərəflər etiraz etməyib. Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını elan ediblər.

Qərara görə vəsatətlər təmin edilməyib.Cinayət işi məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Əlavə şahidin dindirilməsi barədə vəsatətin baxılması təxirə salınıb.

Məhkəmə baxışı oktyabrın 31-ə təyin olunub.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.

Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl B.Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

Aruz Əliyev özü isə həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar. Bundan sonra həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə isə Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.
Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.


Müəllif: Hacı Zeynalov
Избранный
135
6
teleqraf.com

10Источники