RU

Bu gün Azərbaycanın Milli Müstəqilliyinin Bərpasının 33-cü ildönümüdür

Bu gün Azərbaycanın Milli Müstəqilliyinin Bərpasının 33-cü ildönümüdür.

1918-ci il Mayın 28 – də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlaliyyət Bəyannaməsini qəbul etmiş, beləliklə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Amma Xalq Cümhuriyyətinin ömrü yalnız 23 ay sürdü. 28 Aprel 1920-ci ildə XI Qızıl Ordunun müdaxiləsi ilə Azərbaycan Xalq Cümhuriyyətinə xitam verildi, Azərbaycan Sovet Sosialist Respublikası quruldu. 1922-ci il 30 Dekabr tarixində isə  yeni yaranmış  Sovet Sosialist Respublikalar İttifaqına qoşularaq müstəqilliyini itirmişdir.

Azərbaycan SSR SSRİ tərkibində 69 il 5 ay 21 gün  qaldı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi, beləliklə dövlət müstəqilliyi bərpa edildi. 

     15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

 

Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edirik!

 

Избранный
28
ednews.net

1Источники