RU

Azərbaycan millisi pley-off şansını itirdi

AVRO-2024-ün seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, daha 3 qrupda mübarizə yekunlaşıb.

Keçirilən 7 oyunun nəticəsinə görə, C qrupunda İtaliya, E qrupunda Çexiya, H qrupunda Sloveniya final mərhələsinə vəsiqəni təmin edib. Qazaxıstanın Sloveniyaya uduzması ilə Azərbaycan millisi AVRO-2024-ə vəsiqə uğrunda pley-off şansını itirib.

AVRO-2024, seçmə mərhələ
X tur
20 noyabr

C qrupu
Şimali Makedoniya – İngiltərə 1:1
Ukrayna – İtaliya 0:0

E qrupu
Albaniya – Farer adaları 0:0
Çexiya – Moldova 3:0

H qrupu
Şimali İrlandiya – Danimarka 2:0
San Marino – Finlandiya 1:2
Sloveniya – Qazaxıstan 2:1

Избранный
270
21
Источники
Комментарий ()
Закрывать