RU

“Zelenskinin planı qələbə gətirməyəcək” - Orban

Ukrayna Prezidenti Volodimir Zelenskinin planı qələbəyə gətirib çıxarmayacaq.

“AzPolitika” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli mediaya açıqalmasında deyib.

Orban deyib ki, “Macarıstan bunda iştirak etməyəcək”: “Biz bunu dəstəkləmirik, çünki bu, Macarıstan üçün qalib gəlmək planı deyil. Biz müharibədə iştirak etməmişik və iştirak etmək niyyətində deyilik. Belə bir planla qalib gələ bilməzsən. Güclü olduğunuz zaman danışıqlar aparmaq yaxşı fikirdir, amma biz zəifik. Hər kəsin hərbi strategiyası var, bizim isə sülh strategiyamız var”.

Ukraynanın nüvə silahı yaratmaq planları ilə bağlı şayiələri də şərh edən Orban deyib ki, “Qərb kəşfiyyat orqanları bu məsələyə aydınlıq gətirməyə çalışır”.

“AzPolitika.info”

Избранный
9
1
azpolitika.info

2Источники