RU

Bekhem: “Messi gənc futbolçuları yetişdirməkdə mahirdir”

“İnter Mayami”nin həmsahibi, ingilis iş adamı Devid Bekhem argentinalı ulduz hücumçu Lionel Messi haqda söhbət açıb.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, ötənlərin məşhur futbolçusu Rio Ferdinandın podkastında söhbəti zamanı veteran ulduz “Leo” Messinin “vağlar”ın gənc oyunçularına münasibəti haqda məmnunluqla söhbət açıb:

“O, akademiyadan gəlmiş gənc futbolçuları yetişdirməkdə mahirdir. Heç bir futbolçuya özündən aşağılıq duyğusunu hiss etdirmir. O, məşq meydançasında qalaraq gənclərə dərs deyəcək və akademiya uşaqlarının oyununu izləyəcək bir oyunçudur. O, idman zalına ən birinci buyuran və oranı ən son tərk edən biri olacaq.

Düşünmürəm ki, öz içinizdə axın olmadan bu səviyyəyə yetmək olar. Onun məşq meydançamıza gəldiyi ilk günə qayıdacağam. Səhər saat 6:50 radələrində gəlmişdi. Məşq meydançasında, onu içəri buraxmış bir oğlandan başqa kimsə yox idi. Komandanın məşqi isə səhər saat 10-da başlayırdı”, deyə Bekhem heyrət və razılıqla xatırlayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
15
12
arena.az

10Источники