RU

4 ölkə lideri Sinvarın ölümünü müzakirə etdi

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya liderləri - kansler Olaf Şolts, prezidentlər Co Bayden və Emmanuel Makron və Baş nazir Keyr Starmer Berlində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət və hökumət başçıları Yaxın Şərqdəki hadisələri, xüsusən də HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünün girovların dərhal evlərinə qaytarılması, Qəzzada müharibəyə son qoyulması və humanitar yardımların əldə edilməsi zərurətinə təsirini müzakirə ediblər", - məlumatda bildirilib.

Bundan əlavə, dörd ölkənin liderləri İranın İsrailə hücumunu bir daha pisləyiblər.

Избранный
59
18
axar.az

10Источники