ABŞ-nin Strateji Komandanlığı (STRATCOM) \"Global Thunder 25” adlı illik nüvə hazırlığı təliminə başlayıb.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə STRATCOM-un məlumatında deyilir.
\"Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir”, - komandanlıq qeyd edib.
Manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan olan hərbçilər də iştirak edir.
Təlimlər heç bir ölkəyə qarşı yönəlməyib.