RU

Luis Suares “İnter Mayami” ilə müqaviləsini yeniləmək istəyir

Uruqvay futbolunun ulduzu, mərkəz hücumçusu Luis Suares çıxış etdiyi “İnter Mayami” ilə müqavilə müddətini uzatmaq istədiyini bildirib.

Arena.az xatırladır ki, Suaresin “vağlar”la müqaviləsi cari ilin dekabr ayının sonunada başa çatacaq.

“Mən bilirəm ki, vəkilim klubla müqaviləmin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır. Mən hələ də içimdə böyük həvəs olduğunu kluba göstərərək mövsümü ən yaxşı surətdə başa vurmaq istəyirdim. Fiziki cəhətdən özümü əla hiss edirəm və bu klubun tarixinin bir parçası olmağa davam etmək arzusundayam”, – MLS-in rəsmi saytı Suaresdən sitat gətirir.

Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”də çıxış edir. Uruqvaylı mərkəz hücumçusu ABŞ klubu ilə 1 illik müqavilə bağlayıb. Müqavilə daha 1 mövsüm uzadılması haqda maddəni də özündə ehtiva edir.

Təcrübəli hücumçu “vağlar”ın heyətində indiyə qədər 33 oyuna çıxıb, 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

Uruqvaylı futbolçu “İnter Mayami” ilə MLS müntəzəm mövsümünün qalibi olub (2023/2024).

Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio”, Uruqvayın “Nasyonal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), Niderlandın “Ayaks”, “Qroningen”, İngiltərənin “Liverpul” klublarında da çıxış edib, çoxlu qənimətlər və fərdi mükafatlar qazanıb.

Luis Suares bir vaxtlar kapitanı sarğısını daşıdığı və artıq çıxışına xitam verdiyi Uruqvay yığmasının heyətində 2007-ci ilin fevralında debüt edib. Suares “seleste”nin heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 məhsuldar ötürmə verib. Luis Suares Uruqvay yığması ilə Amerika Kubokunun (2010/2011) qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı uruqvaylı mərkəz hücumçusunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Избранный
36
1
arena.az

3Источники