RU

Ərdoğan İsrailə təzyiqləri artırmağa çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə sülhə nail olmaq və Qəzza zolağında soyqırımı dayandırmaq üçün İsrailə təzyiq göstərməyin zəruriliyini bəyan edib.

... İsrailin Qəzzada və Fələstin ərazilərində törətdiyi soyqırımı, Livandakı terror aktları bizim müzakirəmizin mühüm mövzusu idi... Biz daimi atəşkəsin təmin edilməsi üçün mümkün olan hər şeyi etməliyik və İsrailə lazımi təzyiq göstərməliyik.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bunuƏrdoğandan sitat gətirir.

Ərdoğanın sözlərinə görə, İsrailin münaqişəni yaymaq planları var.

Türkiyə lideri həmçinin BMT-nin İsrailə silah tədarükünə embarqo qoyulmasının vacibliyini açıqlayıb.

Bundan əvvəl Sloveniyanın baş naziri Robert Qolob bildirmişdi ki, Lyublyana İsrailə silah ixracına embarqo qoyulmasının tərəfdarıdır.

Əli Babayev

Избранный
50
49
sia.az

10Источники