RU

Külək, yağış... - Faktiki hava

Oktyabrın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəranda yağış yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

Избранный
7
37
qafqazinfo.az

10Источники