Arxeoloqlar İtaliyanın cənub-şərqində Siciliyada qədim Roma kəndi aşkar ediblər.
"Unikal" xəbər verir ki, tapıntı barədə xarici KİV məlumat yayıb.
Mütəxəssislər Kataniya əyalətində Roma evinin qalıqlarını qazıblar. Bina eramızın 2-ci və 4-cü əsrlər arasında tikilib və mərtəbələri mozaika ilə bəzədilib. Quruluş 15 hektarlıq Roma kəndinin bir hissəsidir və Vizzini şəhəri yaxınlığında, dəniz səviyyəsindən təxminən 500 metr yüksəklikdə yerləşir.
Ağarza Elçinoğlu