NATO müttəfiqini qorumaq zərurəti yaranarsa, ABŞ Rusiyaya qarşı hərbi güc tətbiq etməyə hazırdır.
Viral.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri (2011-2013) Leon Panetta deyib.
Onun sözlərinə görə, Vladimir Putinin anladığı yeganə dil gücdür. Ona görə də Moskva ilə danışıqlar aparmaq üçün güc tətbiq etmək lazımdır:
Son Yazılar:
- ABŞ Rusiyaya hərbi güc tətbiq etməyə hazırdır
- Bir sıra rayonlara intensiv yağış, qar yağıb – FAKTİKİ HAVA
- Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım ETDİ
“Ona başa salmalıyıq ki, biz heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Bu, Kiyevi qabaqcıl silahlarla təmin etmək, Rusiyadakı hədəfləri vurmaq imkanı – dronları və raketləri Ukrayna torpaqlarına hücum etməmişdən əvvəl məhv etmək deməkdir. Onlar Ukraynaya İsrailin istifadə etdiyi Dəmir Qübbənin ekvivalentini verməlidirlər”.