RU

Lionel Messi MLS-də tarixi rekorda imza atdı

MLS-in “İnter Mayami” – “Nyu-İnqlend Revolyuşn” oyunu “vağlar”ın argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “İnter Mayami” evdə, doğma Fort-Loderdeylin “Di-Er-Vi Pi-En-Ka Stedium” arenasında 0:2 hesabı ilə geridə olduğu bu oyunda geri-dönüş edərək, rəqibini 6:2 hesabı ilə məğlub edib.

Messi isə komandasının əzmkar qələbəsinə 58-ci dəqiqədə əvəzetmədən meydana çıxaraq, vurduğu 3 qolla və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.

Beləliklə, Messi MLS-in tarixində əvəzetmədən meydana çıxaraq 3 qol vurmuş və 1 məhsuldar ötürmə vermiş ilk oyunçu kimi rekord müəyyənləşdirib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 36 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
9
12
arena.az

10Источники