Ermənistan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək, lakin Yerevan hazırda assosiasiyaya üzv olmaq imkanını müzakirə etmir.
Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan ölkə parlamentində bildirib.
O, jurnalistin Ermənistanın BRİKS-ə üzvlük üçün müraciət etməsinin mümkünlüyü ilə bağlı sualına “Xeyr, indiki mərhələdə deyil” deyə cavab verib.
Bundan əvvəl Ermənistanın Nazirlər Kabineti baş nazir Nikol Paşinyanın BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.