RU

Ançelotti Bellingemin qol hesabını aça bilməməsi haqda nə danışdı?

Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Cud Bellingemin bu mövsüm qol vura bilməməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, AS italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Şübhəsiz, Cud qol vurmaq istəyir, amma indilik bu istəyi həyata keçmir. Biz onun çıxışından razıyıq. Qol vurmasa da, komandaya fayda verir. Bu, daha vacibdir. O, bizim üçün önəmli oyunçudur.

Tez-tez mövqeyini dəyişirik? Xeyr. Belə deyil. Daha çox eyni mövqedə çıxış edir. Son oyunu nəzərdə tutursunuzsa, sol cinahda Mbappe və Vinisiusu oynatdığımız üçün Bellingemlə Rodriqonun sağ "qanad"da təhlükəli olacaqlarını düşündük".

Qeyd edək ki, cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 9 oyuna çıxan Bellingem qol hesabını aça bilməyib.

Nihat

Избранный
21
fanat.az

1Источники