RU

Türk ulduz ağır zədələndi

Türk ulduz ciddi zədə alıb.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, "Roma" ilə oyunda zədələnən "İnter"in futbolçusu Hakan Çalhanoğlu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

30 yaşlı oyunçunun UEFA Çempionlar Liqasında "Yanq Boys"la matçı buraxacağı qeyd olunub. Həmçinin, sentyabrın 27-də "Yuventus"la baş tutacaq qarşılaşmada da forma geyinməmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, yeni mövsümdə 9 görüşdə meydana çıxan Hakan 2 qola imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
10
2
milli.az

3Источники