RU

"Məndən pul alıb, saxta sənədlər verdilər" - Sevdaya qarşı dələduzluq

Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalmasından danışıb.

Bu barədə o, jurnalist Pərviz Hüseynin "Pərvizə görə" verilişində açıqlama verib.

Sevda deyib ki, babası, Xalq yazıçısı Əblühəsən Ələkbərzadəyə ev muzeyi hazırlatmaq üçün aldığı torpaq qanunsuz şəkildə başqasına satılıb:

"Məni aldatdılar. Babam üçün ev muzeyi istəyirdim. Bunu da öz gücümlə edə bilməzdim. Basqala üz tutdum, 15-20 ilin söhbətidir. Məndən pul istədilər. Mən də yığdım, 2000 manat idi, ödədim. Mənə kağızlar verdilər. O işdən başım çıxmadığı üçün, kağızı götürdüm, çox sağ olun deyib getdim. Orada ev tikməyə imkanım olmadı, torpağımdır da qalıb, deyə düşündüm. İllər keçdi, gördüm ki, o yeri kiməsə satıblar, orada ev tikiblər. Demə, mənə verilən kağızlar da düz deyilmiş. İndi deyirəm, utansın. Onda İsmayıllının icra başçısı məni qəbul etdi, getdim dedim ki, məni aldadıblar. Bizi qəbul etdi, dedi ki, kim aldadıb. Söylədim ki, qarşımda oturan şəxs. İnanmazsınız, atam yaşımda olardı, Basqaldan idi, durdu, üzü də qıpqırmızı idi, dedi ki, mənə pul verilməyib, guya yalan deyirəm. Ona baxdım, dedim ki, indi başa düşürəm, atama necə şər atıb, orada otuzdurub üzünə durdular, sizin kimi adamlar onu edib. Mən küsdüm, o torpağın dalınca getmədim".

"Məndən pul alıb, saxta sənədlər verdilər" - Sevdaya qarşı dələduzluq

"Məndən pul alıb, saxta sənədlər verdilər" - Sevdaya qarşı dələduzluq

Избранный
52
4
hakimiyyet.az

10Источники