RU

Ən təhlükəli gündəlik rejim müəyyən edilib -  Diabetə səbəb olur

Ən Ən təhlükəli gündəlik rejim müəyyən edilib -

Gec yatan insanlarda diabet inkişaf riski artır. Bu nəticəyə müxtəlif gündəlik rejimləri təhlil edən Leyden Universitetinin alimləri gəliblər.

E-saglam.az xəbər verir ki, onların işi "Diabetologia" jurnalı tərəfindən dərc edilib.

Təcrübə iştirakçıları üç qrupa bölündü. Birinciyə tez oyanıb yuxuya gedənlər, ikinciyə gec durub saat 12-dən əvvəl yuxuya getməyə üstünlük verənlər, üçüncüsünə gecələr çətinliklə yatan insanlar daxildir. İştirakçılar altı il yarım izləndi. Bu müddət ərzində onlardan 225-də 2-ci tip şəkərli diabet aşkarlanıb.

Məlum olub ki, üçüncü qrupdan olan insanların bu xəstəliyə tutulma riski ikinci qrupdakı insanlarla müqayisədə 46 faiz yüksəkdir. Alimlər bunun metabolik pozğunluqlardan qaynaqlandığını, bunun isə gec yatarkən sirkadiyalı ritmlərin dəyişməsi ilə bağlı olduğunu irəli sürürlər.

Tərcümə: Könül Oruc 

E-saglam.az 

Избранный
33
e-saglam.az

1Источники