Hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, yüksək rütbəli Qərb rəsmisi Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə üç-dörd gün davam edəcək müharibəyə başlamağı təklif edib.
Publika.az xəbər verir ki, İvanişvili bu barədə “İmedi” televiziyasına müsahibəsində deyib.
“Keçmiş baş nazir İrakli Qaribaşvilinin söhbəti yadımdadır... Bir Qərb ölkəsinin yüksək rütbəli məmuru onunla bu barədə söhbət edəndə İrakli soruşdu: “Bəs siz necə təsəvvür edirsiniz, biz neçə gün tab gətirə, nə qədər döyüşə bilərik?”
Cavabı belə oldu: “Yəqin ki, 3-4 gün. 4 milyonsunuz, 3-4 günə hamını öldürməzlər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik, oradan döyüşəcəksiniz. Bu, reallıqdır”, - İvanişvili deyib.
O əlavə edib ki, Qərbdən belə bəyanatlar var ki, heç bir halda Rusiya ilə NATO müharibəsinə yol verilməməlidir.