RU

Şəmkirdə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevdir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
8
day.az

9Источники