Nigeriyanın cənubundakı Edo əyalətinin səhiyyə rəsmisi Dr. Cozef Okoeqale epidemiyanın 21 nəfərin ölümünə səbəb olduğunu bildirib.
News24.az xəbər verir ki, bu il ölkə daxilində 170-dən çox insan Lassa qızdırması səbəbindən dünyasını dəyişib. Hökumət xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb.
Qeyd edək ki, Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində aşkar edilib. Xəstəlik siçan nəcisi ilə ötürülür və insandan insana keçə bilər. Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.
Günel Məlikzadə