İvanişvili: "Qərb Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamağı və partizan hərəkatını təklif edirdi"
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının qurucusu və fəxri təmsilçisi Bidzina İvanişvili Qərbin ölkənin keçmiş Baş naziri İrakli Qaribaşvilini Rusiya ilə müharibəyə başlamağı təklif elədiyini bildirib.
İvanişvili söyləyib: "Qərb ölkəsinin yüksək vəzifəli məmuru onunla belə bir söhbət apardığı zaman İrakli soruşub: "Lakin siz necə fikirləşirsiniz, biz neçə gün döyüşə, nüçə gün davam gətirə bilərik?" Ona cavab vermişdilər: "Yəqin ki, üç-dörd gün". Qaribaşvili demişdi: "Məhz bu üç-dörd günün xatirinə siz bizi məhv edirsiniz?" Cavab belə olmuşdu: "Axı siz üç-dörd milyonsunuz. ÜÇ-dörd günə hamınızı öldürməyəcəklər ki. Sonra meşələrdə partizan hərəkatına başlayarsınız. Biz sizə kömək edərik, siz döyüşərsiniz".
Hürr Tərcüman