RU

ABŞ rəsmiləri Fətullah Gülənin ölümündən danışmaqdan qorxdular

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-dən FETÖ (Fətullahçı Terror Təşkilatı) başçısı Fətullah Gülənin ölümü ilə bağlı şərh verməkdən çəkiniblər.
Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə FETÖ liderinin ölümü barədə sual verilib. Patel isə cavabdan yayınıb.
"Xəbərləri gördüm, ancaq təqdim edə biləcəyim heç nə yoxdur. ABŞ-də yaşayan xüsusi şəxslərlə bağlı məsələlərdə şərh verə bilmərəm", - deyə o bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də onlayn keçirdiyi mətbuat konfransında FETÖ başçısının ölümü ilə bağlı Vaşinqton və Ankara arasında hər hansı bir əlaqənin olub-olmadığı sualına "Hazırda heç nə yoxdur" deyə cavab verib.
Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. Onun müalicə prosesi və ölüm səbəbi haqqında ətraflı məlumat verilməyib.
Избранный
14
oxu.az

1Источники