RU

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın olub- Yenilənib

14:22

Bu gün Bakı Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.

Bu barədə “SOCAR Downstream Management” MMC-ə istinadən xəbər verir.

“Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.

***

14:01

Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

12:49

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

***

11:57

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Избранный
4
7
banker.az

10Источники