RU

Ermənistan 24,5 milyon kredit alır

Ermənistan Beynəlxalq Valyuta Fondundan (BVF) 24,5 milyon dollar kredit alacaq.

Bu da büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.

“Cebheinfo.az”-ın fondun mətbuat xidmətinə istinadən məlumatına görə, Ermənistan bu ilin dekabr ayının ortalarında Stand-by kredit sazişi çərçivəsində BVF-dən növbəti tranşı alacaq. 2022-ci ilin dekabrında imzalanmış kreditin ümumi məbləği təxminən 170 milyon dollardır. İlin birinci yarısında Ermənistanın ÜDM-i 6,5% artıb ki, bu da əsasən mal və xidmətlərə daxili (ixracdan kənar) tələbin hesabına olub.

2024-cü ilin sonuna kimi artımın 6%, 2025-ci ildə 4,9% olacağı gözlənilir. İnflyasiyanın aşağı olacağı gözlənilir, lakin tədricən Ermənistan Mərkəzi Bankının 4+/- 1,5% hədəf göstəricilərinə yaxınlaşacaq.

Избранный
21
cebheinfo.az

1Источники