RU

Yağıntılı hava məktəblərdə davamiyyətə təsir edib?

Hazırda Azərbaycanda yağan yağıntılarla bağlı məktəblərdə şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir.

Azerforum.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qeyd edilib ki, iki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb:

"Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır. Qeyd edirik ki, şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir".

Bildirilib ki, bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadlarların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır:

"Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik".

Избранный
318
37
azerforum.com

10Источники