RU

“Tramp qalib gəlsə, Avropa İttifaqı ABŞ-la ticarət müharibəsinə başlayacaq”- “Politico”

Prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, Avropa İttifaqı artıq ABŞ-la genişmiqyaslı ticarət müharibəsinə başlayacaq.

Azpost.info xəbər verir ki, bunu “Politico” yüksək səviyyəli avropalı diplomatlara istinadən yazır.

“Ticarət müharibəsinin planı belədir: tez vur və sərt vur. Avropa İttifaqı Donald Trampı danışıqlar masasına oturtmaq məqsədi daşıyan ticarətlə bağlı fəaliyyətə hazırlaşır. Avropa liderləri Trampın birinci prezidentliyi dövründə öz dərsini aldılar və buna qarşı mübarizə aparmaq üçün həmişəkindən daha birdirlər və qətiyyətlidirlər”, – nəşr qeyd edir.

O da qeyd olunur ki, qarşı tərəfə görə, cavab tədbirləri nə qədər sərt olsa, Tramp danışıqlara bir o qədər tez razılaşar. Amerikalıları mümkün qədər tez danışıqlara razı salmaq üçün ABŞ üçün ən narahat ticarət şəraiti yaratmağı planlaşdırırlar.

Tramp seçkilərdən əvvəl həm düşmən, həm də dost ölkələrə 10 və ya 20 faizlik tariflərin tətbiqi imkanını qeyd edib. Siyasətçi tariflərin tətbiqi ilə təkcə ABŞ-ın ticarət kəsirini azaltmaq üçün deyil, həm də Avropa sənayesinə zərbə vuracağını vəd edib ki.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Azpost.info

Избранный
13
azpost.info

1Источники