RU

Deputat Bakı ilə bağlı dövlət qurumuna şağırış etdi

“Dünən səhər saatlarında başlayan, bu gün də davam edən yağışlı hava şəraiti Bakıda və Abşeronda kanalizasiya sisteminin bərbad gündə olduğunu sübut etdi”.

Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ölkə olaraq COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyik:

“11-22 noyabr tarixlərində keçiriləcək tədbir zamanı biz bütün ola biləcək hadisələrə tam hazır olmalıyıq. Xüsusilə də bu cür təbiət hadisələrinə. Bu gün biz bir daha gördük ki, bəzi səlahiyyətli qurumlar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir və yaxud da icra etmək istəmir. Xüsusilə də Dövlət Su Ehtiyatları Agentliyi və bəzi rayon icra hakimiyyətləri. Niyə vətəndaşlar yaranan gölməçələr görə işinə getməkdə çətinlik çəkməlidir? Eləcə də məktəblilər. Hesab edirəm ki, mövcud problemlərin həlli istiqamətində lazım olan bütün işlə görülməlidir. Şəhər təbii hadisələrə müəyyən qədər hazır olsun. Kanalizasiya məsələsi proqram şəklində yenidən qurulmalıdır”.

Deputat açıqlamasında bu gün yaranan tıxaclara da toxunub:

“Tıxaclar tək bu iki günün problemi deyil. Təəssüf ki, bir az yağış yağan kimi tıxac əlindən tərpənmək olmur. Bir çox vətəndaşlar yollarda yaranan sıxlıqlara görə işə vaxtında gedib çata bilmir. Tək yollara zolaqlar çəkməklə problem həll olunmur. Hesab edirəm ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hər kəsi bezdirən tıxacların həlli istiqamətində təsirli addımlar atmalıdır”.

Избранный
32
xalq.az

1Источники