RU

Bakıda yağış CAN ALDI: cəsədi tuneldən çıxarıldı, adı RƏSMİ açıqlandı - CANLI

Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı barədə məlumat yayılıb. APA-nın məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb. Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, güclü yağış nəticəsində tunelə su dolub, avtomobil suyun altında qalıb. Həmin şəxslərin də batan avtomobildə olduğu bildirilir. Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

FHN Mətbuat xidmətindən isə bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə ictimai nəqliyyatın hərəkətində ləngimələr və intervallarda artım maşahidə olunub. Bir sıra müntəzəm marşrutların hərəkət sxemində məcburi dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat verilən məlumata görə, Zağulba-Mərdakən şosesindəki və Asif Əsədullayev küçəsində tunellər bağlı olduğundan 144 və 214 nömrəli marşrut avtobusları alternativ yollarla hərəkət edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hüquqşünas-politoloq Vaqif Hüseynlə söhbətləşir.


https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

Избранный
16
1
musavat.com

2Источники