Həftəiçi hər gün saat 14:00​-da Sağlam Radio 93 FM-də yayımlanan "Offside" verilişində futbol şərhçisi Ceyhun Rzayevlə yerli və dünya futbolundakı son olaylar, qalmaqallar müzakirə olunur.

Bu günkü buraxılışda "Neftçi"nin qələbəsizlik seriyasına son qoyulmasından, sumqayıtlıların Vaqif Cavadovu istefaya səsləməsindən, Mahir Emrelinin Almaniya II Bundesliqasında ilk qolunu vurmağından danışılıb. 

Videonu təqdim edirik: