Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə hər hansı xəstəliyı yoluxarlarsa, bunu ağır keçirə bilərlər:
“İnfeksion xəstəliklərə uşaqların yoluxması çox təhlükəlidir. Bəzi hallarda xəstəlik ağır keçə, hətta ölümlə nəticələnə bilər. Uşaq infeksion xəstəliklərinin profilaktikası zamanı peyvəndləmə aparılır. Azərbaycanda uşaqların vaksinasiyası Milli Peyvənd Təqviminə əsasın həyata keçirilir. Unutmaq olmaz ki, peyvənd uşaqların sağlamlığını qoruyur, onların həyatını xilas edir. Peyvənd mütləq vurulmalıdır, bəzi valideynlərin bundan imtina etməsi könüllü olaraq mümkün olsa da, əslində, yolverilməzdir. Peyvəndləri vaxtı-vaxtında vurdurmaq tövsiyə olunur. Vərəm, hepatit B, göyöskürək, tetanus, difteriyaya, qızılcaya qarşı peyvənd peyvənd təqvimində yer alır. Əlavə olaraq valideynlər uşaqlarına suçiçəyi, rotovirus, qrip əleyhinə peyvəndlər də vurdura bilərlər”.
Törə Zeynallı
Demokrat.az