RU

Almaniyada 4 günlük iş həftəsi ilə bağlı təcrübə BAŞA ÇATDI – Nəticələr ŞOK ETDİ

Almaniyada dörd günlük iş həftəsi ilə bağlı təcrübə başa çatıb. İşçilər beş günlük iş qrafikinə qayıtmaq istəmirlər.

İnterpress.az xəbər verir ki, təcrübə altı ay davam edib və bu müddət ərzində işçilər eyni maaşı saxlayaraq daha az işlədilər. Nəticələr şok edib:

İşçilərin fiziki və psixi vəziyyəti yaxşılaşıb;

Yeni işçilərin işə götürülməsi prosesi asanlaşıb;

Şirkətlərin mənfəət və gəlirləri sabit səviyyədə qalıb.

Nəticələri birləşdirmək üçün tədqiqatçılar kortizol səviyyələrini ölçüblər və məlumatlar dörd günlük planın stressi azaltdığını və məhsuldarlığı artırdığını göstərib.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, dörd günlük həftə şirkətləri daha uğurlu, işçiləri isə daha xoşbəxt edir.

Əlavə istirahət günü insanlara öz sağlamlıqlarının qeydinə qalmağa, ailəsi ilə daha çox vaxt keçirməyə və sağlamlıqlarını bərpa etməyə imkan verir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
19
interpress.az

1Источники