RU

“WhatsApp”dan kontaktlarla bağlı

"WhatsApp" messencerində telefonun ünvan kitabçasından asılı olmadan kontaktları saxlamaq mümkün olacaq.Metbuat.az xəbər verir ki, "WhatsApp" istifadəçilərə kontaktları tətbiqdə saxlamağa imkan verən daxili kontakt menecerini təqdim edib. Yenilik sayəsində cihaz dəyişdirildikdə kontaktların itirilməsinin qarşısı alınacaq."The Verge"də yer alan məlumata görə, indiyədək "WhatsApp" kontaktları smartfonun daxili ünvan kitabçasına bağlı olduğundan telefonunu itirən və kontaktlarını ehtiyat nüsxələməyən, telefon paylaşan və ya bir cihazda ayrı kontaktlarla birdən çox hesab idarə edənlər üçün problem olurdu. Tətbiqdə edilən yeniliklə bu kimi problemlərin qarşısı alınacaq.İlk olaraq "WhatsApp Web" və "Windows" versiyasında kontaktları saxlamaq mümkün olacaq. Bu imkan tədricən digər cihazlarda da aktiv olacaq. "WhatsApp"da saxlanılan kontaktlar, Meta-nın "Identity Proof Linked Storage" (IPLS) adlandırdığı texnologiya ilə qorunur. Bununla adların və nömrələrin şifrələnməsini təmin edilir.

"WhatsApp"ın mətbuat nümayəndəsi Jessica Maskell bildirib ki, yeni kontaktlar funksiyasından sonra telefon nömrələrinin tələb olunmayacağı yeni istifadəçi adı sistemi gələcək. "Signal" kimi digər uçdan-uca şifrələnmiş mesajlaşma tətbiqetmələri də telefon nömrəsi olmadan istifadə etmə variantını təklif edib.

Избранный
17
metbuat.az

1Источники