RU

İsrailin müdafiə naziri İrana gözlənilən zərbədən sonra ABŞ-dan dəstək tələb edib

ABŞ İrana gözlənilən hücumdan sonra İsraili dəstəkləməlidir.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib.

"Nazir Qalant İranın təcavüzü və onun Yaxın Şərqə səpələnmiş şəbəkəsi vasitəsilə həyata keçirdiyi terror fəaliyyətləri ilə bağlı müzakirə zamanı İsrailin İrana hücumundan sonra ABŞ-ın İsrailin yanında olmasının vacibliyini vurğuladı. Bu, regionun müdafiəsini gücləndirəcək və şər qüvvələrini zəiflədəcək”, - Müdafiə Nazirliyinin görüşdən sonra verdiyi açıqlamada deyilir.

Qalant və Blinken Livan və Qəzza zolağındakı vəziyyəti də müzakirə ediblər. Qalant İsrail ordusunun müxtəlif istiqamətlərdə əməliyyat uğurlarından danışaraq Qəzzada saxlanılan girovların qaytarılmasının və “Hizbullah” qüvvələrinin Livanın cənubundan çıxarılmasının vacibliyini vurğulayıb.

Избранный
73
50
apa.az

10Источники