RU

Türkiyə Rusiyaya hərbi məhsulların ixracına qadağa qoydu

Türkiyə Rusiyaya hərbi malların ixracına qadağa qoyub.

 

Senzor.az bildirir ki, məlumatı mötəbər mənbələrə istinadən “Financial Times” yayıb.

 

Nəşrin məlumatına görə, bu, Amerika Birləşmiş Ştatlarının xəbərdarlığından sonra baş verib. Türkiyə son həftələrdə ABŞ, Aİ, Böyük Britaniya və Yaponiyanın kritik hesab etdiyi 50 “yüksək prioritet” mallar siyahısına daxil edilmiş 40-dan çox kateqoriyalı Amerika mənşəli malların ixracına, hansılar ki,  Rusiya hərbi sənayesinə olduqca gərəkdir, qadağa qoyub. Bunlara raket və dronlarda istifadə olunan prosessorlar və yaddaş kartları, uzaqdan idarəetmə sistemləri, dəzgahlar və silah istehsalında istifadə olunan digər avadanlıqlar da daxil olmaqla, qabaqcıl elektronika daxildir.

 

Mətbuatın yazdığına görə, Türkiyə gömrük sistemi bu malların Rusiyaya ixracına icazə vermir, lakin əvvəllər belə çatdırılmalar mümkün olub.

 

“Biz inanırıq ki, Türkiyə hökuməti narahatlığımızı eşitdi və başa düşdü. Biz gələcəkdə əməkdaşlığın artacağına nikbin baxırıq”, - ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod jurnalistlərə bildirib.


Senzor.az

Избранный
64
senzor.az

1Источники