Pensiyaçılara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı.
Amma bu ayın pensiyalarının verilməsindəki gecikmə müəyyən suallar doğurub.
Dövlət Sosial Müdafiə Fondunun rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək.
Demokrat.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli pensiyalarla bağlı qrafikin dəyişməsinə münasibət bildirib.
Deputatın fikrincə, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir.
“Çünki əvvəlki qrafikə görə pensiyalar Bakı,Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdirsə və insanlar da buna uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdi”.
Deputat deyib ki, bir sıra hallarda pensiyalar vətəndaşın ailəsinin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi düzgün deyil.
“Ona görə də pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa ,müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir.
10Источники
-
hurriyyet.azPensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır - Deputat ( 12308542)
-
tribunainfo.azKrediti olan pensiyaçılarla bağlı mühüm xəbər ( 12303994)
-
busaat.azKrediti olan pensiyaçılarla bağlı VACİB XƏBƏR ( 12301546)
-
nuh.azDeputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ ( 12300949)
-
publika.azPensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır ( 12300787)
-
azadmedia.azPensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır - Deputat » AzadMedia.az ( 12300589)
-
olaylar.azBanklar yeni qrafik tətbiq etsin-Deputatdan təklif ( 12300175)
-
buta.tvPensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır - Deputat ( 12299980)
-
azadmedia.azPensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır - Deputat » AzadMedia.az ( 12299917)
-
demokrat.azDeputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ ( 12299434)