RU

Azərbaycan neftinin qiyməti artıb, təbii qazın qiyməti azalıb, avro ucuzlaşıb, rubl və qızıl bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,09% azalaraq 1 barelə görə 75,97 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,11% azalaraq 1 barelə görə 71,66 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.25 ABŞ dolları və ya 3% artaraq 76.56 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,26% azalaraq 2,295 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 23-də Avro 1,8364 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il oktyabrın 23-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 23-də Rusiya rublu 0,0177 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,15% artaraq 2763,9 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti də 0,36% azalaraq 34,92 ABŞ dollarına bərabər olub.

Избранный
2
16
fins.az

10Источники