"Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyalarının verilməsi ilə bağlı geçikmələr müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamalanda bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək.
Pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondunun pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməsi yaxşı olar.
Yox, əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımındandan yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun. Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskomfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin.Yəni banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur.Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?.."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31