Polşa-Rusiya gərginliyi: diplomatlar persona non qrata elan edilib
Polşa dövləti Roznandakı Rusiya konsulluğunu bağlamaq qərarına gəlib.
Reyting.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Nazir son günlər prokurorluğun ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü dəlilləri məhkəməyə təqdim etdiyini deyib:
“Rusiya Baş Konsulluğunu bağlamaq qərarına gəldik. Polşa və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var, bu səbəbdən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyət icazəsini geri götürməyə qərar verdim. Konsulluğun əməkdaşları Polşa Respublikasında persona non qrata hesab olunurlar”.
Sikorski Rusiyadan hibrid müharibəsinə son qoymasını tələb edib. Hibrid müharibənin davam edəcəyi təqdirdə növbəti addımları atma haqqını özlərində saxladıqlarını xatırladan Sikorski xəbərdarlıq da edib:
“Bir addım belə geri çəkilməyəcəyik, Polşa Respublikası və polşaları müdafiə edirik”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarını növbəti düşmən addımı kimi qiymətləndirib və Rusiyanın cavabının ağrılı olacağını bildirib.
Qeyd edək ki, Rusiyanın paytaxt Varşavadakı səfirliyindən başqa, Polşanın Qdansk, Krakov və Poznanda da konsulluqları var.