RU

Pensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır

Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi.

Publika.az Axar.az-a itinadla xəbər verir ki, bunu iqtisadçı deputat Əli Məsimli deyib.

O bildirib ki, pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı:

"Çünki pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var, mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki, bayram üçün nəsə almağa üzü olsun. Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyaların verilməsi ilə bağlı gecikmələr müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək. Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik. Əvvəlki rejimə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdirsə, insanlar da bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdirsə, eyni zamanda pensiya həmin pensiyaçının, bir sıra hallarda isə bütövlükdə onun üzv olduğu ailənin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradılır".

Избранный
4
21
publika.az

10Источники