RU

Ançelotti Rodriqonun zədəsindən danışdı

"Real Madrid"in hücumçusu Rodriqo Çempionlar Liqasının dünən Dortmund "Borussiya"sı ilə matçda sıradan çıxıb.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri Madrid klubunun çalışdırıcısı Karlo Ançelottinin braziliyalı futbolçunun zədəsi ilə bağlı dediklərini belə çatdırıb.

“Rodriqonun əzələ zədəsi var. Üçüncü qoldan əvvəl çox kəskin hərəkət etdi. Təəssüf ki, amma bu futboldur”

Qeyd edək ki, braziliyalı ikinci hissənin sonlarında əvəzlənib.

Rodriqo səhhətindəki problemlərə görə bu həftə sonu "Barselona" ilə keçiriləcək oyunu buraxmaq riski daşıyır. Xatırladaq ki, "Real Madrid" görüşün ilk hissəsindən sonra 0:2 hesabı ilə məğlub olaraq "Borussiya"nı 5:2 hesabı ilə məğlub edib.

Избранный
22
90deqiqe.az

1Источники