RU

Vatsapda yenilik var

WhatsApp tərtibatçıları müxtəlif cihazlarda kontaktları ayırmağa və ya birləşdirməyə kömək edəcək yeni funksiyanı elan ediblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “WhatsApp” bloqunda məlumat verilib.

 

Beləliklə, “WhatsApp” istənilən cihazda kontaktları təhlükəsiz əlavə etməyə və idarə etməyə imkan verəcək funksiyanı təqdim edib.

 

Əvvəllər bu funksiya yalnız telefonlarda mövcud idi: istifadəçilər telefon nömrəsi və ya QR kodundan istifadə edərək kontakt əlavə edə bilərdilər.

İndi o, WhatsApp Web-də və Windows əməliyyat sistemi olan kompüterlərdə, sonra isə digər uyğun cihazlarda mövcud olacaq.

İstifadəçilər artıq kontaktları telefonlarında saxlamağa ehtiyac duymurlar - indi sadəcə onları birbaşa WhatsApp-a əlavə etmək kifayətdir. Bu, başqa birisi cihazdan istifadə edirsə və ya istifadəçi müxtəlif tətbiq hesablarında şəxsi və işgüzar yazışmalar aparmaq istəyirsə, xüsusilə rahatdır.

Qeyd olunur ki, “WhatsApp”a əlavə edilən kontaktlar hətta istifadəçi telefonu itirdikdə və ya başqa cihazdan proqrama daxil olduqda belə bərpa oluna bilər.

“Biz tədricən kontaktları istifadəçi adı ilə saxlamağa və idarə etməyə imkan verməyə doğru irəliləyirik. Bunun sayəsində siz telefon nömrənizi açıqlamadan ünsiyyət qura biləcəksiniz və yazışmalar daha məxfi olacaq”, - tərtibatçılar bildiriblər.

 

Nigar

 

Избранный
11
3
oxu24.com

4Источники