RU

Vatsapa yeni funksiya gəlir

WhatsApp tərtibatçıları müxtəlif cihazlardan kontaktları ayırmağa və ya birləşdirməyə kömək edəcək yeni funksiyanı elan ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “WhatsApp” bloqu məlumat yayıb.

Beləliklə, "WhatsApp" istənilən cihazda kontaktları təhlükəsiz şəkildə əlavə etməyə və idarə etməyə imkan verəcək funksiyanı təqdim edib. Əvvəllər bu funksiya yalnız telefonlarda mövcud idi. İstifadəçilər telefon nömrəsi və ya QR kodu istifadə edərək kontaktlar əlavə edə bilərdilər. İndi o,"WhatsApp Web"-də və "Windows" əməliyyat sistemi olan kompüterlərdə, sonra isə digər uyğun cihazlarda mövcud olacaq.

İstifadəçilər artıq kontaktları telefonlarında saxlamağa ehtiyac duymurlar. İndi sadəcə onları birbaşa "WhatsApp"-a əlavə etməlidirlər. Bu, başqası cihazdan istifadə edirsə və ya istifadəçi müxtəlif tətbiq hesabları üzrə şəxsi və işgüzar yazışmalar aparmaq istəyirsə, xüsusilə faydalıdır.

Bildirilir ki, “WhatsApp”a əlavə edilən kontaktlar hətta istifadəçi telefonunu itirdikdə və ya başqa cihazdan proqrama daxil olduqda belə bərpa oluna bilər.

“Biz yavaş-yavaş kontaktları istifadəçi adı ilə saxlamağa və idarə etməyə imkan verməyə doğru irəliləyirik. Beləliklə, siz telefon nömrənizi açıqlamadan ünsiyyət qura biləcəksiniz və yazışmalar daha məxfi olacaq”, - deyə tərtibatçılar yekunlaşdırıblar.

Избранный
10
2
operativmm.az

5Источники